- 12:18
ABŞ-nin Kentukki ştatında leysan yağışların daşqınlara səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Təbii fəlakət nəticəsində azı 4 nəfər ölüb.
Ştatda fövqəladə vəziyyət elan edilib.
Çayların məcrasından çıxması və güclü yağışlar səbəbindən bir sıra ərazilərdə suyun səviyyəsi 20 santimetrdən çox yüksəlib.
Son məlumatlara görə, 60-dan çox insan xilas edilərək təhlükəsiz yerə təxliyə edilib.
Humay Eminqızı