Rusiyada sinaqoqda terror aktının qarşısı alınıb


  • 11:29

Rusiyanın Yaroslavl şəhərində yerləşən sinaqoqda terror aktının qarşısı alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Terror hadisəsini törətməyə çalışan şəxsin Rusiya vətəndaşı olduğu məlum olub.

O, Suriyadakı kuratorunun göstərişi ilə molotov kokteyli hazırlanması üçün lazım olan tərkib hissələrini və kimyəvi maddələri əldə edib. Kustar üsulla hazırlanmış alışdırıcı qurğudan istifadə etməklə sinaqoqo hücum etməyi planlayan şübhəli daha sonra Suriyaya gedərək beynəlxalq terror təşkilatının sıralarına qoşulmağı planlaşdırıb.

Onun yaşadığı ünvanda axtarış zamanı alışdırıcı qurğular, həmçinin beynəlxalq terror təşkilatındakı kuratorundan aldığı təlimatların olduğu rabitə vasitələri aşkar edilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq), həmçinin 205.5-ci maddəsinin 2-ci hissəsi (Rusiya ərazisində terrorçu kimi tanınmış təşkilatın fəaliyyətində iştirak) ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər