Avropada isti hava yüzlərlə insanın ölümünə səbəb olub


  • 11:15
Avropada isti hava bir sıra fəsadlar törədib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, Fransada temperaturun ən yüksək həddə çatdığı gün və sonrakı iki gün ərzində gündəlik ölüm sayı 1400-ü ötüb. Halbuki, aprel və may aylarında bu göstərici 900-000 nəfər olub. Ölənlərin 85 faizini 65 yaş və daha yuxarı şəxslər təşkil edir.

Qebreyesus bildirib ki, Avropa dünyanın ən sürətlə istiləşən qitəsidir və hazırda 150 milyondan çox insan həddindən artıq isti havanın təsiri altındadır. O, əhalinin qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Çexiyada isə havanın temperaturu 41,1 dərəcəyə yüksələrək rekord həddə çatıb.

İyunun 21-dən bəri Avropada yüksək temperaturla əlaqədar 1300-dən çox əlavə ölüm qeydə alınıb.

İsti hava dalğasından sonra qitənin bir sıra ölkələrində güclü tufan və ildırım hadisələri də baş verib. Almaniyanın Qohrişheide və Traisen bölgələrində meşə yanğınları qeydə alınıb. Yanğınların söndürülməsi ərazilərdə İkinci Dünya müharibəsindən qalan partlamamış sursatlar səbəbindən çətinləşib. Traisendə partlayış təhlükəsinə görə söndürmə işləri müvəqqəti dayandırılıb, təxminən 650 nəfər təxliyə edilib.

Berlin şəhərində sakinlərin və turistlərin sərinləməsi üçün polis Brandenburq qapısı yaxınlığında su şırnaqlı maşınlardan istifadə edib. Şənbə günü paytaxtda isti ilə əlaqədar təcili tibbi yardım çağırışlarının sayı 500 artıb.

Hamburqdan Praqaya gedən qatar fırtına nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən yolda qalıb. Kondisionersiz vaqonlarda qalan 600-dən çox sərnişin təxliyə edilib, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Leypsiqdə isə yüksək temperaturun relslərə ziyan vurması səbəbindən tramvayların hərəkəti müvəqqəti dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər