- 12:38
Çinin cənub-qərbindəki Sıçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Sıçuan əyalətinin Yibin şəhərinin Qaoxian dairəsində olub.
İlkin məlumatlara görə, 6 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində ölən yoxdur, lakin 13 nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Zəlzələdən sonra 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib və zədələnmiş binaların 196 sakini müvəqqəti sığınacaqlara köçürülüb.
Şəbnəm Mehdizadə