Si Cinpin: "Çin Belarusun suverenliyini müdafiə etməkdə onu dəstəkləyir"


  • 12:07

Çin Belarusun suverenliyini və ərazi bütövlüyünü qorumaqda, eləcə də milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməkdə dəstəkləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

Si Cinpin, həmçinin Çinin BMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli mexanizmlər çərçivəsində Belarusla koordinasiya və əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

O, qeyri-sabit dünyada sabitləşdirici qüvvə kimi birgə fəaliyyət göstərməyə və "Bir Kəmər, bir yol" təşəbbüsünü birgə irəli sürmək və praktiki ikitərəfli əməkdaşlığa yeni mahiyyət aşılamaq üçün bütün mövcud resursları səfərbər etməyə hazır olduğunu qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər