- 12:38
Pakistanın Əfqanıstana bir neçə gecə ərzində endirdiyi zərbələr nəticəsində 36 mülki şəxs həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Əfqanıstanın sözçü müavini Həmdullah Fitrat məlumat yayıb.
Hücumlar nəticəsində daha 163 nəfər yaralanıb.
Fitrətin sözlərinə görə, Pakistan qüvvələri gecə ərzində Paktia, Paktika və Kunar əyalətlərində kəndlərə zərbələr endirib. Ən çox itki Paktia əyalətində qeydə alınıb.
Humay Eminqızı