- 13:50
İran və Qətər əmirliyində saxlanılan ümumilikdə 12 milyard dollar dəyərində İran aktivlərindən 6 milyard dolların blokdan çıxarılması barədə razılığa gəliblər.
E-huquq.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian məlumat yayıb.
“Əldə olunmuş razılaşmalara əsasən, Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollar dəyərində İran vəsaitlərindən 6 milyard dollar blokdan çıxarılaraq ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin geri qaytarılması üçün zəruri işlər davam etdirilir”, - Pezeşkian deyib.
Humay Eminqızı