Almaniyada tibb işçilərinə qarşı hücumların sayı artıb


  • 12:38

Almaniyada son illərdə tibb işçilərinə, xüsusilə də həkimlərə qarşı şifahi və fiziki hücumların sayı artmaqdadır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Alman Tibb Assosiasiyası və müxtəlif xəstəxana birliklərinin məlumatına görə, hər dörd həkimdən biri peşə fəaliyyəti dövründə ən azı bir dəfə xəstə və ya onun qohumu tərəfindən hücuma məruz qalır.

Bildirilir ki, təcili yardım şöbələri, xəstəxanalar və özəl tibb müəssisələrində bu cür hadisələr getdikcə daha çox qeydə alınır. Buna görə də bəzi həkimlər və digər tibb işçiləri özünümüdafiə məqsədilə döyüş sənəti üzrə təlimlərə qatılır.

Son günlər klinikalardan birində baş verən hadisə geniş müzakirələrə səbəb olub. Döyüş sənəti ilə məşğul olan həkim aqressiv davranan xəstəni qısa müddətdə zərərsizləşdirib. Hadisə xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülər Almaniyada tibb işçilərinə qarşı zorakılıq probleminin miqyasını bir daha gündəmə gətirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər