Rusiya sutka ərzində Ukraynaya məxsus 415 PUA vurub


  • 13:50

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 415 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 12 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 171 165 pilotsuz uçuş aparatı (PUA), 65 166 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 557 səhra artilleriya qurğusu və minaatan, 29 956 ədəd tank və digər zirehli döyüş texnikası, 1 749 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 664 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər