- 16:41
Şri-Lankada dang qızdırmasından ölənlərin sayı 31 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Əhali arasında ilin əvvəlindən bu günə qədər yoluxma sayı 52 mini keçib.
Məlumata görə, yoluxma hallarının yarısından çoxunun qeydə alındığı paytaxt Kolomboda virus kritik səviyyəyə çatıb.
Səlahiyyətlilər xəstəlik hallarının artımını 2025-ci ilin noyabrında Şri-Lankanı vuran güclü tropik "Ditva" siklonunun nəticələri ilə əlaqələndirirlər. Zibillərin yığılması və su basmış ərazilər ağcaqanadların kütləvi şəkildə çoxalmasına şərait yaradıb. Dişi ağcaqanadlar virusun daşıyıcısı kimi xidmət edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, son illərdə dang xəstəliyi bütün ÜST regionlarında sürətlə yayılan infeksiyaya çevrilib.
Humay Eminqızı