Almaniyada son üç gün ərzində 26 nəfər suda boğularaq ölüb


  • 15:50

Almaniyada son üç gün ərzində həddindən artıq istilər səbəbindən göl və çaylarda sərinləməyə çalışan 26 nəfər boğularaq həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Alman Həyat Xilasetmə Assosiasiyasının (DLRG) sözçüsü Martin Holzhause məlumat verib.

Onun sözlərinə görə, cümə günündən bazar günü gecəsinədək davam edən isti hava dalğası gündəlik həyata ciddi təsir göstərib və insan tələfatına səbəb olub.

Məlumata əsasən, ölənlər arasında 6, 8 və 14 yaşlı uşaqlar da var.

Suda boğulma hadisələri əsasən Baden-Vürtemberq, Berlin, Şimali Reyn-Vestfaliya, Hessen və Aşağı Saksoniya əyalətlərində qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər