- 17:30
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından Qəzza zolağında başlatdığı hücumlar nəticəsində ölənlərin sayı 73 058-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin hücumları nəticəsində həlak olan 4 nəfərin cəsədi, 8 yaralı isə Qəzzada xəstəxanalara çatdırılıb.
Ümumilikdə İsrailin hücumları nəticəsində 173 488 nəfər xəsarət alıb.
Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin qaldığı bildirilir.
Şəbnəm Mehdizadə