- 17:30
Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı ardıcıl üçüncü gündür ki, azalır.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, azalma 25 iyun qeydə alınan maksimum göstərici olaraq boğazdan 54 gəminin keçməsindən sonra müşahidə olunub.
Belə ki, iyunun 26-da Hörmüz boğazından 48 gəmi keçib ki, bu da əvvəlki günlə müqayisədə 6 gəmi azdır. İyunun 27 və 28-də isə boğazdan keçən gəmilərin sayı azalmağa davam edərək müvafiq olaraq 38 və 22 gəmi təşkil edib.
Ümumilikdə iyunun 26-dan 28-dək Hörmüz boğazından 108 gəmi keçib. Onlardan 40-ı əvvəllər Omanın təklif etdiyi marşrutla, 37-si isə İranın Lərək adası yaxınlığındakı marşrutla hərəkət edib. Yalnız 9 gəmi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsdiqlənmiş gəmiçilik yolundan istifadə edib. Qalan gəmilər isə boğazı transponderləri söndürülmüş vəziyyətdə keçiblər.
Qeyd edək ki, orta hesabla, 2026-cı ilin martına qədər hər gün təxminən 100-120 gəmi Hörmüz boğazından keçib. ABŞ və İran arasında qarşıdurmanın başlanmasından sonra təhlükəsizlik məqsədilə boğazdan nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, gündə cəmi 10-a yaxın gəmi su yolundan keçib.
Humay Emnqızı