- 11:34
ABŞ-nin Florida ştatında çayda üzən 31 yaşlı qadın timsahın hücumuna məruz qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida Vəhşi Təbiəti Mühafizə Komissiyasının (FWC) açıqlamasına görə, hadisə Orlando yaxınlığındakı meşədə baş verib.
Dostları ilə gəzintiyə çıxan qadın sərinləmək üçün Ekonlokhatçi çayına girib.
Təxminən bir metr dərinliyindəki suda üzərkən qəfildən nəhəng bir timsah peyda olub və ona hücum edib. Hücum zamanı timsah onun qollarını hədəfə alıb. Qadının sevgilisi onu xilas etmək üçün uzun müddət mübarizə aparıb.
Ağır yaralanan qadın hadisə yerində ölüb.
Aidiyyəti qurumlar hadisədən sonra iki timsahı tutub zərərsizləşdiriblər.
Səlahiyyətlilər hücumun dəqiq səbəbinin hələ məlum olmadığını, lakin timsahların cütləşmə mövsümünün sona yaxınlaşdığını nəzərə alaraq bu mövsümdə olduqca qoruyucu və aqressiv ola biləcəyini bildiriblər.
Ştatda çay səviyyəsinin çox aşağı düşməsi ilə nəticələnən quraqlığın heyvanların hərəkətini də məhdudlaşdırdığı qeyd edilib.
Floridada ciddi xəsarətlərə səbəb olan timsah hücumları nadir hallarda baş versə də, bu, son bir həftə ərzində ştatın mərkəzi hissəsində bildirilən üçüncü timsah hücumu olub.
Şəbnəm Mehdizadə