Sərnişin mikroavtobusu ilə avtomobil toqquşdu, 8 nəfər yaralandı


  • 15:26

Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankaranın Mamak rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub.

Zərbə nəticəsində mikroavtobus yoldan çıxaraq xəndəyə aşıb. Hadisə yerinə çoxsaylı jandarma və tibb qrupları göndərilib.

Qəzada nəqliyyat vasitələrinin içərisində olan səkkiz nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəzanın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər