Qəzzada ölənlərin sayı açıqlandı


  • 15:55

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 73 066 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində İsrailin hücumları nəticəsində ölən 8 ölü, 26 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

Bildirilib ki, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 11 oktyabrdan bəri İsrailin hücumları nəticəsində 1053 nəfər həlak olub, 3406 nəfər yaralanıb, dağıntılar altından 786 nəfərin cəsədi çıxarılıb.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayının 73 066 nəfərə, yaralıların sayının isə 173 514 nəfərə çatdığı qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər