- 17:06
ABŞ-də Las-Veqasdan Nyu Yorka uçan "JetBlue" aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı pilotsuz uçuş aparatı ilə toqquşub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Airbus A321" tipli təyyarə Con Kennedi Beynəlxalq Hava Limanına enişə hazırlaşarkən, təxminən 3 min fut hündürlükdə pilotsuz uçuş aparatı kokpitin üst hissəsinə dəyib.
Pilot hadisə barədə dərhal hava hərəkəti dispetçerlərinə məlumat verib. Qəzaya baxmayaraq təyyarə təhlükəsiz şəkildə hava limanına eniş edib.
Enişdən sonra aparılan texniki baxış zamanı təyyarədə hər hansı zədə və ya toqquşmanın izi aşkar edilməyib.
ABŞ Federal Aviasiya İdarəsi hava limanları ətrafında pilotsuz uçuş aparatlarının istifadəsinin qadağan olunduğunu xatırladaraq, hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Şəbnəm Mehdizadə