- 17:06
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 377 -yə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 1307 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 615 nəfər müalicə alır. 180 nəfər isə virusdan tam sağalıb.
Humay Eminqızı