Avropa Komissiyası Kiyevə dronlar üçün 3,9 milyard avro ayırdı


  • 16:21

Avropa Komissiyası 90 milyard avroluq proqram çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının alınması üçün 3,9 milyard avro ayrıldığını elan edib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, daha əvvəl tranşın 5,9 milyard avro olacağı vəd edilmişdi.

"Bu gün biz Ukraynaya qabaqcıl dron texnologiyaları üçün 3,9 milyard avroluq ilk tranşı təqdim edirik", - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “X” platformasında yazıb.

O, qalan vəsaitin də sonradan ayrılacağını bildirib.

AK-nın rəsmi nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə izah edib ki, tam məbləğin köçürülməsi üçün Kiyev Avropalı pilotsuz uçuş aparatları və onların komponentləri təchizatçıları ilə bağlanmış müqavilələri yoxlanılması məqsədilə Brüsselə təqdim etməlidir. Məqsəd isə Avropa İttifaqı tərəfindən ayrılan vəsaitin yenidən onun hərbi-sənaye kompleksinə qaytarılmasını təmin etməkdir.

Onun sözlərinə görə, əgər Kiyev Avropa İttifaqının vəsaitini ABŞ-dən silah alınmasına xərcləmək istəsə, bunu yalnız o halda edə biləcək ki, həmin növ silahlar Avropa hərbi şirkətləri tərəfindən təchiz oluna bilməsin.

Humay Eminqızı

Oxşar xəbərlər