- 17:06
Kanada Avropadakı hərbi mövcudluğunu son 30 ilin ən yüksək səviyyəsinə çatdırıb
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı bildirib.
Tərəflər müdafiə xərclərinin artırılması, NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi və 7-8 iyulda Ankarada keçiriləcək NATO Sammiti ərəfəsində Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər.
Karni bildirib ki, Kanada müdafiə sahəsinə investisiyaları əhəmiyyətli dərəcədə artırıb və NATO-nun müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması hədəfinə doğru irəliləyir.
Telefon danışığı zamanı Baş nazir Kanadanın Avropadakı hərbi iştirakının son 30 ilin ən yüksək səviyyəsinə çatdığını vurğulayıb. Tərəflər NATO çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Şəbnəm Mehdizadə