- 17:05
Hörmüz boğazı ətrafındakı vəziyyət və İranın nüvə proqramı ABŞ və İran nümayəndə heyətləri arasında Dohada keçiriləcək danışıqların əsas mövzuları olacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat yayıb.
Əl-Ənsari vurğulayıb ki, Dohanın mövqeyi dəyişməz olaraq qalır və beynəlxalq statusa malik Hörmüz boğazında maneəsiz naviqasiyanın təmin edilməsi zərurətinə əsaslanır.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa təmasların keçirilməsi planlaşdırılmır.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner Qətərdə vasitəçilərlə regional məsələləri müzakirə edəcəklər. Bunlara İranla danışıqlar, Livandakı vəziyyət və digər məsələlər daxildir.
Humay Eminqızı