- 11:40
Türkiyənin İstanbul şəhərində binanın damı uçub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih bölgəsində 4 mərtəbəli binanın damında qismən çökmə baş verib.
Hadisə nəticəsində beton parçaları damdan küçəyə düşüb. Düşən dağıntılar park edilmiş avtomobilə və motosikletə zərər verib, bir neçə müəssisənin şüşələrini sındırıb.
Yanğınsöndürənlər, polis və bələdiyyə qrupları hadisə yerinə göndərilib. Küçəni təhlükəsizlik lenti ilə əhatə ediblər.
Yanğınsöndürənlər beton parçalarının təsirindən binanın xarici hissəsindən asılı qalan kondisionerləri kəsib çıxarıblar.
Hadisə yerində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə