- 11:40
Türkiyənin Bursa şəhərində mebel fabrikində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında baş verən yanğının söndürülməsi üçün hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib.
Yanğın yanğınsöndürmə briqadalarının təxminən bir saatlıq müdaxiləsindən sonra söndürülüb.
Yanğın fabrikə ciddi maddi ziyan vurub.
Yanğında ölən və ya xəsarət alan olmayıb.
Hadisədən sonra briqadalar tərəfindən soyutma əməliyyatları aparılıb və yanğının səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.
Şəbnəm Mehdizadə