- 11:40
Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı meşə yanğınında ölənlərin sayı iki nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Saloniki yaxınlığındakı Derveni bölgəsində meşə yanğını baş verib.
Yunanıstan dövlət televiziyası ERT-nin məlumatına görə, yanğında ölən bir şəxsin cəsədinin tapıldığı meşədəki bir evdə 12 yaşlı uşağın da cəsədi tapılıb.
Səlahiyyətlilər evin yanğın nəticəsində tamamilə məhv olduğunu müəyyən ediblər.
Xatırladaq ki, dünən Yunanıstan Yanğından Mühafizə Xidməti Saloniki əyalətinin Oraiokastro rayonunun Derveni bölgəsində yanğın baş verdiyini və meşədə şəxsiyyəti məlum olmayan bir kişinin cəsədini tapdıqlarını açıqlamışdı.
Şəbnəm Mehdizadə