Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1943-ə çatıb


  • 11:02

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 1943 nəfərə çatıb

E-huquq.az xəbər verir ki, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez ölkədə baş verən iki böyük zəlzələdən sonrakı son vəziyyətlə bağlı televiziyada açıqlama verib.

Rodrigez zəlzələlərdə həyatını itirənlərin sayının 1943-ə, yaralıların sayının isə 10.571-ə çatdığını bildirib.

Xatırladaq ki, ABŞ Geoloji Xidməti (USGS) 24 iyun tarixində Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) zəlzələlərin vurduğu birbaşa fiziki ziyanın 26 iyunda 6,7 ​​milyard dollar olduğunu təxmin edib.

27 iyun tarixinə olan məlumata görə, itkin düşmüş hesab edilənlərin sayı 68 000 nəfəri keçib.

Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi ölkədə ölən və yaralananların sayının artacağı ilə bağlı narahatlıqlar var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər