Nepalda quş qripi yayılır: 570 minə yaxın quş məhv edildi


  • 11:25

Nepalda quş qripinin yayılması ilə əlaqədar indiyədək təxminən 570 min quş məhv edilib.

E-huquq.az xəbər verir ki, "The Kathmandu Post" qəzetinin məlumatına əsasən, Nepal hakimiyyəti martın 18-də H5N1 quş qripi ştammının ilk halı qeydə alındıqdan sonra infeksiyanın ölkənin 11 rayonuna və 100-dən çox quşçuluq təsərrüfatına yayıldığını açıqlayıb.

Rəsmi məlumata görə, epidemiyanın qarşısının alınması məqsədilə 569 min 858 quş və 989 min yumurta məhv edilib. Həmçinin paytaxt Katmanduda fəaliyyət göstərən yeganə zoopark ölü qarğada virusun aşkarlanmasından sonra ziyarətçilər üçün müvəqqəti bağlanıb.

Hakimiyyət orqanları bildiriblər ki, quşçuluq təsərrüfatlarının fəaliyyətinin dayandırılması və quşların məhv edilməsi yaxın vaxtlarda ölkədə toyuq əti və yumurta tədarükündə çatışmazlıq yarada bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər