- 12:41
ABŞ-nin Miçiqan ştatında keçirilən musiqi festivalında səyyar tualetdə yeni doğulmuş körpənin cansız bədəni tapılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Miçiqan polisi cəsədin bazar günü səhər festivalın son günündə təmizlik şirkətinin işçiləri tərəfindən aşkar edildiyini açıqlayıb.
Polis Miçiqanın hadisənin araşdırılmasında ictimaiyyətdən kömək istəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən körpənin 28 günlük yeni doğulmuş körpə olduğunu bildiriblər. Ölüm səbəbi, cinsi və ya valideynlərin kimliyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.
On minlərlə insanın qatıldığı və çoxunun düşərgədə olduğu festivalın təşkilatçıları polisin bəyanatını paylaşıb və dərin təəssüflərini bildiriblər. Festival rəhbərliyi iştirakçılardan istintaqa kömək edə biləcək hər hansı bir məlumatı səlahiyyətlilərlə bölüşmələrini xahiş edib.
Şəbnəm Mehdizadə