Venesuelada baş verən zəlzələlərdən sonra səma qırmızıya boyandı - FOTO


  • 12:41

Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra səmanın qırmızıya çevrildiyi müşahidə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada paylaşılan şəkillər narahatlıq doğurub. Belə ki, bəzi insanlar bunu yaxınlaşan fəlakətin əlaməti kimi şərh edib.

Mütəxəssislər isə bunun tamamilə təbii atmosfer hadisəsi olduğunu bildiriblər.

Xatırladaq ki, 24 iyun tarixində Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ ba verib. Zəlzələ nəticəsində 1943 nəfər ölüb, 10 571 nəfər isə yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər