- 15:31
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 602 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 7 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 172 573 pilotsuz uçuş aparatı (PUA), 65 333 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 585 səhra artilleriya qurğusu və minaatan, 29 985 ədəd tank və digər zirehli döyüş texnikası, 1 751 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 664 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı