- 16:32
Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılmasını və tərəflər arasında ən qısa zamanda hərtərəfli danışıqlara başlanmasını istəyir.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstanın xarici işlər naziri Canbek Kulubayevlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Ukraynada davam edən müharibəni, onun nəticələrini və təhlükəli şəkildə genişlənməsi riskini müzakirə etdik. Rusiyaya son səfərim zamanı əldə etdiyim təəssüratları və həmkarlarımızla keçirdiyimiz təmaslardan sonra formalaşan qiymətləndirmələri bölüşdüm. Bu gün həmin məsələlər ətrafında fikir mübadiləsi apardıq. Məqsədimiz və istəyimiz müharibəyə mümkün qədər tez son qoyulması və tərəflər arasında hərtərəfli sülh danışıqlarına başlanmasıdır. Bu məsələdə Qırğızıstanla eyni mövqedəyik", - Fidan bildirib.
Humay Eminqızı