Yaponiyada 6 bal gücündə zəlzələ oldu


  • 16:32

Yaponiyanın şimal-şərqində 6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Sakit okeanda, İvate prefekturasının şərqində yerləşib.

Yeraltı təkanın ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər