Belçikada yaşayış binasında yanğında 6 nəfər ölüb


  • 17:26

Belçikanın Antverpen şəhərində yaşayış binasında güclü yanğın olub.

E-huquq.az xəbər verir ki, bu barədə “VRT” telekanalı məlumat yayıb.

Yanğın onmərtəbəli binanın səkkizinci mərtəbəsində başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 6 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, yanğından əvvəl binada elektrik enerjisi kəsilib. Daha sonra alov qısa müddətdə geniş əraziyə yayılaraq yuxarı mərtəbələrdə yaşayan sakinlərin çıxışını bağlayıb.

Ümumilikdə binadan 200-ə yaxın sakin təxliyə olunub.

Humay Eminqızı

Oxşar xəbərlər