- 17:26
Ukrayna münaqişəsinin nizamlanması üçün Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.
“Kiyev hakimiyyəti qeyri-adekvat tələblər irəli sürməkdən əl çəkməli və Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmalıdır. Bu isə döyüş əməliyyatlarının daha tez başa çatmasına kömək edəcək", - Zaxarova bildirib.
Rəsmi nümayəndə vurğulayıb ki, Ukrayna hakimiyyətinin hazırkı yanaşması, həmçinin Rusiya ilə şantaj, təhdid və ultimatum dilində danışmaq cəhdləri qəti şəkildə qəbuledilməzdir.
“Biz ədalətli və davamlı nizamlanmaya nail olmaq vəzifəsinə məsuliyyətlə yanaşan, konstruktiv təkliflər irəli sürən, real vəziyyəti, əvvəlki danışıqlar raundlarının nəticələrini, Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin yekunlarını və münaqişənin əsas səbəblərinin geri dönməz şəkildə aradan qaldırılması əsasında onun son həlli ilə bağlı Rusiyanın prinsipial mövqeyini nəzərə alan tərəflərlə danışıqlar aparacağıq”, - Zaxarova bildirib.
Humay Eminqızı