- 1 İyul 21:26
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
E-huquq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, saat 05:10-a olan vəziyyətə əsasən 20 nəfərin xəsarət aldığı barədə məlumat təsdiqlənib.
T. Tkaçenko bildirib ki, atəş nəticəsində bütün Kiyev üzrə 28 yerdə zədələnmələr qeydə alınıb: "Əsasən yaşayış binaları və mülki infrastruktur obyektləri ziyan görüb".