- 11:32
Kanadanın Şimal-Qərb ərazilərində meşə yanğınları səbəbindən təxminən 1300 nəfər təxliyə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, yanğın Fort Simpson yaşayış məntəqəsinə qədər irəliləyib.
Zərər çəkmiş ərazinin sahəsi 4,2 kvadratkilometrdən çoxdur.
İsti hava və güclü külək yanğının yayılmasını sürətləndirir.
Xatırladaq ki, ötən həftə bu ərazidə yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində üç yanğınsöndürən həlak olub.
Humay Eminqızı