Məzmuna keç

Ursula fon der Lyayen İrəvana gedib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrəvana işgüzar səfərə gedib.

E-huquq.az Ermənistan mediasına istinadən xəbər verir ki, onu "Zvartnots" hava limanında bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində fon der Lyayen ölkənin Baş naziri Nikol Paşinyanla görüşəcək.