Venesuelada zəlzələ ilə bağlı matəm elan olundu


  • 13:29

İyunun 24-də Venesuelada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərlə əlaqədar 7 günlük matəm elan edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriges sosial media hesabında paylaşım edib.

"Bu gün həyatını itirənlərin ailələrinin dərdinə şərik olur, yaralılar, itkin düşənlər və fəlakətdən zərər çəkən bütün insanlar üçün dua edirik. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən ölkədə 7 günlük milli matəm elan edilməsi barədə qərar vermişəm”, - Rodriges bildirib.

Yerli mətbuatda yayılan məlumatlara görə, zəlzələ fəlakətindən sonra səlahiyyətli orqanlar 80 800-dən çox ailəyə humanitar yardım çatdırıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində müxtəlif ölkələrdən gələn 3 660 xilasedici, xüsusi təlim keçmiş 148 axtarış-xilasetmə iti və 49 texnikanın dəstəyi ilə ümumilikdə 26 121 əməkdaş ərazidə xidmət aparır.

Bundan əlavə, axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarına dəstək məqsədilə 15 467 nəfər könüllü də işlərə cəlb olunub.

Humay Eminqızı

Oxşar xəbərlər