- 16:18
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Paula Pinho Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Fon der Lyayen sammit çərçivəsində keçirilən hərbi sənaye forumunda çıxış edəcək.
Məlumata görə, NATO sammitinin əsas mövzusu Avropa ölkələrinin hərbi xərclərinin artırılması olacaq.
Humay Eminqızı