Fransada meşə yanğınında 900 hektar ərazi külə çevrilib


  • 15:26

Fransanın cənubundakı Heraultda başlayan və qonşu Aude əyalətinə yayılan meşə yanğını təxminən 900 hektar ərazini məhv edib.

E-huquq.az xarci KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 800 yanğınsöndürən və 150 ​​nəqliyyat vasitəsi cəlb olunub.

Hava şəraitinin yanğınsöndürmə işlərinə mane olduğu, küləyin günorta saatlarında saatda 60 kilometrə çatacağı proqnozlaşdırıldığı bildirilir.

Aude əyalətində ciddi risk yaradan yanğın səbəbindən bu gün üç yol nəqliyyat üçün qismən bağlanıb.

Yanğından zərər çəkənlərin təhlükəsiz şəkildə yerləşdirilməsi üçün müvəqqəti sığınacaqlar açılıb.

Aude qubernatoru Alain Bucquet vətəndaşlardan yanğınsöndürənlərin və jandarmların təlimatlarına əməl etmələrini, yanğın zonasından uzaq durmalarını və telefon xətlərini həddindən artıq yükləməmələrini ixahiş edib.

Herault Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Jerome Bonnafoux "Franceinfo"ya açıqlamasında bildirib ki, bölgədəki yanğın nəzarət altına alınıb və artıq yayılmır.

Yerli medianın məlumatına görə, dünən cənubdakı Marsel şəhəri yaxınlığındakı Roqnak və Lançon-Provansda iki ayrı yanğın baş verib. Yanğınlarla mübarizə aparmaq üçün yüzlərlə yanğınsöndürən cəlb edilib və Lançon-Provansda 10 yanğınsöndürən tüstüdən zəhərlənib. Roqnakda təxminən 40 hektar, Lançon-Provansda isə təxminən 275 hektar meşə yanıb. Roqnakdakı yanğın səhər saat 4:00 radələrində nəzarət altına alınıb, səhər isə Lanson-Provansdakı yanğını söndürmək üçün əraziyə iki yanğınsöndürmə təyyarəsi göndərilib. Lanson-Provansdakı yanğın səbəbindən qonşu Fare-le-Olivier şəhərindəki evlərindən təxminən 600 nəfər təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər