Məzmuna keç

Pakistanda leysan nəticəsində azı 14 nəfər ölüb

Pakistanda güclü yağışlar və fəsadları nəticəsində azı 14 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Dunya News" telekanalı məlumat yayıb.

Əlverişsiz hava şəraiti ölkənin bir neçə bölgəsində genişmiqyaslı dağıntılara səbəb olub.

Hayber-Paxtunxva əyalətində, Sayfulla gölündə turistləri daşıyan qayıq batıb və nəticədə 6 nəfər həlak olub. Pəncabda isə yaşayış binalarının divar və damlarının uçması 3 nəfərin ölümünə səbəb olub. Bundan əlavə, bir neçə nəfər ildırım vurması nəticəsində həyatını itirib.

Çaylarında suyun səviyyəsinin kəskin şəkildə artması səbəbindən əhaliyə daşqın riski barədə xəbərdarlıq edib.

Humay Eminqızı