İtaliyanın Etna dağında yenidən lava axını baş verib


  • 16:10

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən püskürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Təxminən 3000 metr yüksəklikdə olan vulkanın "Voragine" adlı kraterində əmələ gələn çatdan başlayan lava axını iyunun 26-dan bəri axmağa davam edir.

Məlumatına əsasən, vulkanda lava axını ilə yanaşı, zəif kül püskürmə də baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər