Nigeriyada 12 qanunsuz neft emalı zavodu bağlanıb


  • 16:18

Nigeriyada qanunsuz xam neftin emal edildiyi 12 müəssisə bağlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Media Əməliyyatları Direktoru general-mayor Maykl Onoja yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyun ayında ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı ordunun əməliyyatları keçirilib.

Onoja əməliyyatlar zamanı 12 qanunsuz neft emalı zavodunun bağlandığını və 464 268 litr oğurlanmış neft məhsullarının müsadirə olunduğunu bildirib.

O əlavə edib ki, 84 neft qaçaqmalçısı saxlanılıb, neft tankerləri və 11 qayıq da müsadirə edilib.

Qeyd edək ki, Nigeriyalı senator Ned Nvoko əvvəllər neft oğurluğu və boru kəmərlərinə hücumların 2023-cü ildə ölkə iqtisadiyyatına 3 milyard dollardan çox ziyan vuracağını bildirmişdi.

Nigeriyanın 37 milyard barel sübut olunmuş neft ehtiyatı dünya ehtiyatlarının 3,1%-ni təşkil edir. Xam neft hasilatında dünyanın ilk 15 ölkəsindən biri olan Nigeriya,dünyada ən böyük neft ehtiyatlarına malik 8-ci ölkədir və neft ixracında 6-cı yerdədir. Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft yataqlarını hədəf alan təxribatlar, münaqişələr və adam oğurluqları baş verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər