- 17:37
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında kütləvi zərbə endirdiyi Ukraynadakı hərbi hədəflər Kiyev hakimiyyəti tərəfindən dinc sakinlərin öldürülməsi məqsədilə istifadə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.
"Hətta Kliçko da bu dəfə məsələni aydın şəkildə ifadə edə bildi: “Kiyev üçün dəhşətli gecə idi. Ən irimiqyaslı hücum”. Mən yalnız bir şeyi əlavə edə bilərəm ki, zərbələr dinc Kiyevə deyil, Kiyev rejiminin mülki şəxsləri öldürmək üçün istifadə etdiyi hərbi-strateji hədəflərə endirilib", – deyə diplomat öz “Telegram” kanalında yazıb.
Humay Eminqızı