Dəməşqdə baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, 22 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
***
17:37
Suriyanın paytaxtı Dəməşqin ən işlək ərazilərindən biri olan tarixi Hamidiyyə Bazarına aparan yolda yerləşən kafedə güclü partlayış baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.
Partlayış zamanı çox sayda insanın xəsarət aldığı bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Suriya dövlət televiziyası partlayışın bomba səbəbindən baş verdiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
