Fransa məhkəməsi Rusiyanın "kölgə donanması"na aid tanker sahibini cərimələdi


  • 2 İyul 23:19

Fransa məhkəməsi Rusiyanın “kölgə donanması” ilə əlaqəli “Tagor” neft tankerinin sahibini 1 milyon avro cərimələyib. O, bayraq qeydiyyatı qaydalarını pozmaq və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmamaqda təqsirli bilinir.

E-huquq.az xəbər verir ki, bu barədə Fransa prokurorluğu məlumat yayıb.

Bildirilir ki, mayın sonunda Atlantik okeanında Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan tanker üzərindəki inzibati məhdudiyyətlər ləğv ediləcək və gəminin Fransa ərazi sularını tərk etməsinə icazə veriləcək.

Marşal adalarında qeydiyyatdan keçmiş gəmi sahibi günahını etiraf edib və cəriməni artıq ödəyib. Gəmi sahibinin Rusiya vətəndaşı olduğu bildirilir.

Şirkət, həmçinin yaxın vaxtlarda gəmi üçün qanuni yeni bayraq qeydiyyatı almağı öhdəsinə götürüb.

"Tagor" tankeri lövbər saldığı Duarnenes körfəzindən artıq yola düşüb.

Oxşar xəbərlər