Konqoda Ebola virusundan ölənlərin sayı 447 nəfəri ötüb


  • 10:53

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saatda 9 nəfər artaraq 447-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 1460 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda və karantin məntəqələrində 595 nəfər müalicə alır. 213 nəfər isə virusdan tam sağalıb.

Konqo hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə Ebola virusuna qarşı tibb tarixində ilk dəfə hazırlanmış dərmanların klinik sınaqlarına başlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər