- 14:15
Bir qrup britaniyalı deputat Rusiyanın "Maşa və Ayı" cizgi filminin Birləşmiş Krallıqda nümayişinin qadağan edilməsini tələb edib.
E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Bununla bağlı təxminən 50 parlament üzvündən ibarət qrup Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Liza Nandiyə məktub ünvanlayıblar.
Deputatlar Maşanın tankçı dəbilqəsinə bənzər baş geyimini, Sovet sərhəd keşikçisinin papağını xatırladan baş geyimini taxdığı səhnələri tənqid ediblər.
Onlar bunu təbliğatın yumşaq forması adlandırıblar.
Layihənin lisenziyalaşdırılması və distribüsiyası ilə məşğul olan "Animaccord" şirkətinin nümayəndəsi bildirib ki, "Maşa və Ayı" cizgi filminin təbliğatla əlaqəli olması barədə səsləndirilən iddiaları qəti şəkildə rədd edirlər, onları yalan və şirkətin nüfuzuna xələl gətirən ittihamlar adlandırıb.


Humay Eminqızı