Məzmuna keç

Türkiyədə ağır qəza:

Türkiyənin Karabük vilayətində avtomobil yük maşını ilə toqquşub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada 1 nəfər ölüb, 6-ı uşaq olmaqla 8 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis, jandarma, yanğınsöndürmə və AFAD qrupları göndərilib.

Yaralılar təcili yardımla xəstəxanaya aparılıblar.

Şəbnəm Mehdizadə