- 17:07
Fransada iyun ayında müşahidə olunan güclü istilik dalğası ölüm hallarının kəskin artmasına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət bildirib ki, 22-28 iyun tarixlərini əhatə edən bir həftə ərzində əvvəlki illərin eyni dövrü ilə müqayisədə 2025 ölüm hadisəsi qeydə alınıb.
Fransanın səhiyyə naziri Stefani Rist mətbuat konfransında açıqlayıb ki, 22 iyunla başlayan həftədə ümumi ölüm sayı əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb. Onun sözlərinə görə, bu artım əsasən ölkəni bürüyən istilik dalğasının təsiri ilə əlaqələndirilir.
Səhiyyə Nazirliyi daha əvvəl də 24-28 iyun tarixləri arasında istilərin təsiri nəticəsində əvvəlki dövrlərlə müqayisədə təxminən 1000 ölüm hadisəsinin qeydə alındığını bildirib.
Təxminən iki həftə davam edən isti hava dalğası Fransada gündəlik həyata da ciddi təsir göstərib. Nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrində çətinliklər yaranıb. Paytaxt Parisdə isə iyunun 26-da yüksək temperatur fonunda bir gün ərzində 109 nəfərin öldüyü açıqlanıb.
Meteoroloqların proqnozlarına görə, gələn həftədən etibarən Fransada yeni istilik dalğasının başlayacağı və ölkənin böyük hissəsini əhatə edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə