- 17:41
Ukraynanın Rusiyadakı neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar səbəbindən ölkədə yanacaq təchizatına məhdudiyyətlər tətbiq edilmişdi. Lakin bu məhdudiyyətlər yüksək daxili istehlak və ixrac fonunda yetərli olmadı.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Novorossiysk Bələdiyyəsi məlumat yayıb.
Məlumata görə, Novorossiysk şəhərdəki yanacaqdoldurma məntəqələrində benzin tükənib, dizel yanacağı isə 8 məntəqədə məhdud miqdarda mövcuddur.
Nəqliyyat vasitələri üçün yanacaq yalnız yanacaq kartı vasitəsilə alına bilər və bu imkandan yalnız şirkətə məxsus nəqliyyat vasitələri yararlana bilər.
Humay Eminqızı